Şrift:
Con Makkeyn: İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür
16.12.2013 [11:14] - Güney Azərbaycan xəbərləri, Siyasət
“İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür”. “Fars” xəbər agentliyin verdiyi məlumata görə, bunu ABŞ-ın tanınmış senatoru Con Makkeyn bildirib.



Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində 6 aydan sonra heç bir nəticə əldə edilməsə, onda ABŞ Senatına yeni sanksiya layihəsi təqdim edilə bilər: “Fikrimcə, Cenevrə razılaşması İranın uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır. Eyni zamanda biz bu ölkənin nüvə obyektlərindəki sentrifuqaların fəaliyyət göstərdiyini və Ərak ağır su nüvə reaktorunun tikintisinin davam etdiyini deyə bilərik. Biz sanksiyaları azaldacağıq, ancaq İran nüvə fəaliyyətlərinin çox hissəsini davam etdirəcək”.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed