Şrift:
Naxçıvanda Ağa Məhəmməd şah Qacar tamaşası təqdim ediləcək
17.12.2013 [12:33] - Mədəniyyət
Naxçıvan Dövlət Musiqili Dram Teatrı yazıçı-dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tarixi dramı əsasında “Ağa Məhəmməd şah Qacar” tamaşasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada Naxçıvanın əməkdar artisti Səməd Canbaxşıyev, xalq artistləri Yasəmən Ramazanova, Rza Xudiyev, əməkdar artist Bəhruz Haqverdiyev və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, əsər bu il Akademik Milli Dram Teatrında xalq artisti Azər Paşa Nemətin quruluşunda “Şah Qacar” adı ilə tamaşaya qoyulub.
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed