Şrift:
Yaqub Zurufçu Avstraliyada konsert verib
17.12.2013 [12:38] - Mədəniyyət, Diaspor
Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Avstraliyada konsert proqramı ilə çıxış edib. Y. Zurufçunun verdiyi məlumata görə, konsertdə Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Brisben, Sidney, Melburn, Viktoriya şəhərlərində keçirilən konsertdə müğənni özünün müəllifi olduğu mahnılarla yanaşı, Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun əsərlərini və xalq mahnılarını da ifa edib: “Uzaq qürbətdə o taylı-bu taylı azərbaycanlılar bir yerə toplaşmışdı. Həmişə olduğu kimi bu konsertdə də “Azərbaycan” mahnısı ilə açılış etdim. Həmyerlilərimiz Cahangir Cahangirovun “Ana” mahnısı ifa olunan zaman göz yaşlarını saxlaya bilmədilər. Mənim özümü də kövrəltdilər. Səfir səhnədə çıxış etdi, həmvətənlərimizin bir yerə toplaşmasını yüksək qiymətləndirdi, konsertin əhəmiyyətindən danışdı. Mən bu səfərdən böyük zövq aldım, vətəndən uzaq düşən həmvətənlərimizi görməkdən məmnun oldum”.
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed