Şrift:
Eşton İsrail və Livanı sərhəd insidentlərindən sonra təmkinli olmağa çağırıb
18.12.2013 [09:51] - Xəbərlər, Hərb
Avropa İttifaqı diplomatiyasının rəhbəri Ketrin Eşton İsrail və Livanı iki ölkənin sərhədində toqquşmalardan sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və təmkinli olmağa çağırıb. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə onun nümayəndəsinin bəyanatında deyilir.
"Eşton İsrail və Livanı böyük səbrlə hərəkət etməyə çağırır və xahiş edir ki, bütün tərəflər gərginliyi aradan qaldırılmasına kömək etsin", - rəsmi məlumatda bildirilir.

"Yüksək vəzifəli nümayəndə İsrail və Livanı regionda sülhün bərpa olunmasına yönəlmiş BMT Təhlükəsizlik Şurasının 1701saylı qətnaməsini tam yerinə yetirməyinin zəruriliyinə təkid edir", - bəyanatda əlavə olunur.
Xəbər verildiyi kimi, İsrail əsgərləri sərhəddə bazar ertəsinə keçən gecə iki livanlı hərbçilərə atəş açıblar. Ötən həftə Livan tərəfdən açılan atəş zamanı israilli hərbçi ölüb. Nəticədə İsrail birgə sərhəddə olan hissələrini yüksək hazırlıq vəziyyətinə gətirib. BMT-nin baş katibi Pan Gi Mun insidenti pisləyib və hər iki tərəfi təmkinli olmağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed