Şrift:
BMT-nin Təhlükəsizlik Şurası Böyük Britaniya səfirliyinə hücumu kəskin şəkildə pisləyib
30.11.2011 [11:41] - Gündəm
BMT-nin Təhlükəsizlik Şurası Böyük Britaniyanın İrandakı səfirliyinin binasına hücumla bağlı bəyanat yayıb.
Bu barədə Portuqaliyanın BMT-dəki nümayəndəsi Joze Filip Morales Kabral məlumat verib. Onun sözlərinə görə, bəyanatı Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının bütün üzvləri imzalayıb. Joze Filip Morales Kabral deyib ki, BMT Təhlükəsizlik Şurası bu hadisədən ciddi narahat olduğunu bildirib və İran hökumətini qoşulduğu beynəlxalq konvensiyalara əməl etməyə çağırıb.
ABŞ və Avropa Birliyidə Böyük Britaniyanın İrandakı səfirliyinə hücum edilməsini kəskin şəkildə pisləyiblər. ABŞ prezident Administrasiyasının nümayəndəsi bildirib ki, Vaşinqton hər zaman Böyük Britaniyanın yanında olub və olacaq.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton belə bir hadisənin baş verməsindən təəssüfləndiyini bildirib və bu addımın heç bir məntiqə sığmadığını açıqlayıb.
Xatırladaq ki, səfirliyin qarşısında aksiya keçirən tələbələr Böyük Britaniya və İsrail əleyhinə şüarlar səsləndirib, binanı yumurta atəşinə tutublar, şüşələrini sındırıb və yandırıcı maddələr atıblar. Aksiya iştirakçıları səfirlik binasından asılmış Britaniya bayrağını endirərək onun yerinə İran bayrağı asıblar, Britaniya və İsrail bayraqları yandırılıb. Eyni zamanda etirazçılar içəri daxil olaraq səfirliyə məxsus bəzi məxfi sənədləri oğurlayıb, bəzilərini məhv ediblər. İran polisi səfirliyə hücum zamanı girov götürülmüş altı britaniyalı diplomatı azad edib.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed