Şrift:
Qəbələyə ağ bayraq qaldırmağa getmirik
19.12.2013 [14:33] - İdman
Milinko Pantiç "Qəbələ"yə meydan oxudu
Futbol Sabah Azərbaycan Premyer-Liqasında 18-ci turun görüşləri çərçivəsində "Bakı" səfərdə "Qəbələ" ilə qarşılaşacaq.klubun saytının verdiyi məlumata görə, oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç matç haqda fikirlərini bildirib:

"Çox çətin və narahat olduğumuz rəqibə qarşı oynayacağıq. Xüsusilə, "Qəbələ"nin ön xəttinə çox güclü oyunçular cəmləşib. Ümumi heyətə baxanda isə hamısı oynadığı mövqedə güclüdü. Amma "Bakı" olaraq Qəbələyə ağ bayraq qaldırmağa getmirik. İlk dövrənin açılış oyununda "Qəbələ"yə yenildik. İndi isə revanş almalıyıq. İlin son görüşüdü deyə, nəyimiz var onu da meydanda göstərməliyik. Qış fasiləsinə turnir cədvəlinin hansı mövqeyində yollanırıqsa, deməli, bu yerə layiqik. Ancaq bundan da yaxşı ola bilərdi. Son nəticəni 2014-cü ilin may ayında görəcəksiz".

Qeyd edək ki, 18-ci turun oyunları ilə Premyer-Liqanın ikinci dövrəsi başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed