Şrift:
Bakıda dünya şöhrətli qırğız yazıçı Çinqiz Aytmatovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.12.2013 [12:08] - Türk dünyası-Turan, Mədəniyyət
Bakıda Azərbaycan Dövlət Akademik Dram Teatrında ötən gün dünya şöhrətli qırğız yazıçı Çinqiz Aytmatovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.



Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Aycigit Buranovun verdiyi məlumata görə, tədbirdə Azərbaycan parlamentin üzvləri, dövlət və ictimai təşkilatların nümayəndələri, mədəniyyət xadimləri, diplomatlar və s. iştirak ediblər.



Qırğızıstandan tədbirdə mədəniyyət, informasiya və turizm nazirliyin katibi Akimbek Tekeşov, kinorejissor və ssenarist Bolotbek Şamşıyev, İssık-Kul forumunun prezidenti Əsgər Aytmatov və digərləri iştirak ediblər.



Tədbirdə iştirakçılara məlumat verilib ki, dahi qırğız yazıçının yubileyi ilə bağlı bir çox aparıcı Azərbaycan KİV-lərdə onun barədə geniş məqalələr yayımlanıb. Eyni zamanda Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Ç.Aytmatov barədə məqaləsi Azərbaycanın ən oxunulan qəzetlərdən birində çap olunub. Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan mədəniyyət və turizm nazirliyi “Çinqiz Aytmatov – türk ruhun qələbəsi adlı” kitabı da nəşr edib.



Tədbir çərçivəsində Qırğızıstanın nümayəndə heyəti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin mədəniyyət üzrə komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan yazıçılar birliyinin sədri, yazıçı Anarla və digər rəsmi şəxslərlə görüşlər keçirdib.
Bu xəbər oxucular tərəfindən 1016 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed