Şrift:
İçərisində 37 Azərbaycan vətəndaşı olan avtobus Rusiya ərazisində qəzaya uğrayıb
30.11.2011 [13:46] - Xəbərlər
İvanovo şəhərindən Bakıya gələn avtobus Volqoqrad vilayəti ərazisində qəzaya uğrayıb.

Qəza noyabrın 30-da səhər saatlarında Volqoqrad-Elista yolunun 69 km-də, Volqoqrad vilayətinin Svetloyarsk rayonu ərazisində baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Avtobusda olan 37 nəfərin hamısı Azərbaycan vətəndaşıdır. Qəza nəticəsində onlardan ölən və xəsarət alan olmayıb.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Texniki baxışdan sonra avtobusun yoluna davam edib-etməyəcəyinə qərar veriləcək.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed