Şrift:
İranla altılıq ölkələri arasındakı Cenevrə müzakirələrində razılıq əldə olunmayıb
23.12.2013 [11:59] - Güney Azərbaycan xəbərləri, Siyasət
“İranla “altılıq” ölkələri arasında Cenevrədə ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələrində indiyədək cüzi irəliləyiş əldə olunub”.
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, tərəflər arasında dekabrın 19-da “İntercontinental” otelində başlayan və üç gün davam edən danışıqlarda mühüm irəliləyiş əldə olunmayıb: “Bu baxımdan müzakirələrin bu gün də davam etdiriləcəyi ehtimal olunur”.

İranın “Fars” xəbər agentliyi isə diplomatik mənbələrə istinadən artıq müzakirələrin sona çatdığını bildirib. Agentliyin məlumatına görə, danışıqların daha yüksək səviyyəli rəsmilər arasında aparılmasına qərar verilib. Xəbərdə həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığının olacağı da bildirilib.

Qeyd edək ki, tərəflər noyabrın 24-də İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmanın qüvvəyə minməsi üçün danışıqlar aparırlar.
Bu xəbər oxucular tərəfindən 692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed