Şrift:
Rusiya 2019-cu ildə yeni bombardmançı təyyarəni sınaqdan keçirəcək
23.12.2013 [13:54] - Hərb
Rusiya Hərbi-Hava Qüvvələri 2019-cu ildə perspektivli uzaq məsafəli aviasiya kompleksinin (PAK DA) sınağına başlayacaq.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya HHQ Uzaq Aviasiyasının komandanı Anatoli Jixarev bəyan edib. Onun sözlərinə görə, 2014-cü ildə yeni bombardmançının yaradılması layihəsi üzrə konstruktor işləri start götürəcək, 2025-ci ildə isə ilk təyyarələr hərbçilərə təhvil veriləcək.

A.Jixarev qeyd edib ki, perspektivli uzaq məsafəli aviasiya kompleksi hazırkı Tu-160, Tu- 95MS və uzaq məsafəli Tu-22 M3 strateji bombardmançı təyyarələrdən fərqlənəcək.

Öncə perspektivli uzaq məsafəli aviasiya kompleksinin hipersəsli silahla təchiz ediləcəyi bildirilirdi. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov PAK DA-nın ilk uçuş nümunəsinin yaradılmasına artıq 2014-cü ildə başlanacağını bəyan etmişdi.

Rusiya HHQ-in uzaq məsafəli aviasiyası üçün yeni bombardmançının layihəsi 2013-cü ilin mart ayında təsdiq olunub. Gələcək bombardmançının texniki xüsusiyyətləri haqqında hələ ki, məlumat yoxdur.

Məlumdur ki, o, Тu-160 təyyarəsinin əsaslı şəkildə təkmilləşdirilmiş versiyası olmayacaq. Gələcəkdə perspektivli uzaq məsafəli aviasiya kompleksi Rusiya Hərbi Hava Qüvvələrinin uzaq məsafəli aviasiyanda üç tipli təyyarəni (Tu-160, Tu-95MS və Tu-22M3) əvəzləyəcək.
Bu xəbər oxucular tərəfindən 687 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed