Şrift:
Rza Zərrabın qara qutusu olan iranlı qadın polisdən qaçdı
25.12.2013 [11:09] - Gündəm, Hadisə
Türkiyədə keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın fəaliyyəti ilə bağlı ilginc məqamlar ortaya çıxıb.
İstanbul Prokurorluğuna gələn məktubda iranlı K.Cəmşidi adlı qadının R.Zərrab haqqında məlumatlara malik olduğu bildirilib.
“xəzər-xəbər”in yaydığı məlumata görə, məktuba əsasən K.Cəmşidi Rza Zərrabın sirr dolu “qara qutusu” rolunu oynayıb. Prokurorluq daxil olan məktubu araşdırmağa başlayarkən məlum olub ki, adıçəkilən qadın bir gün əvvəl Türkiyəni tərk edərək xaricə gedib.
Prokurorluğun elektron poçt ünvanına daxil olan məktubdan sonra qadının hazırda harada olduğu araşdırılıb. Araşdırma zamanı məlum olub ki, qadın Atatürk Hava Limanından ölkəni tərk edərək Dubaya uçub.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed