Şrift:
BMT, İranda azınlıqların məsələləri ilə bağlı xüsusi konfrans keçirəcək
28.12.2013 [10:21] - Güney Azərbaycan xəbərləri, Hüquq
BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid, İranda insan haqlarının pozulması ilə bağlı hazırladığı hesabatı tamamlamaq üçün dekabrın 13-dən 22-ə qədər Avropada insan haqları fəalları ilə bir arada olub.


Ə.Şəhid həmin hesabatı 2014-cü ilin mart ayında Cenevrədə BMT insan haqları şurasının 25-ci konfransına təqdim edəcək.
Məlumata görə, azərbaycanlı insan haqları fəalı xanım Jalə Təbrizi isə Parisdə dekabrın 21-də BMT nümayəndəsi ilə görüşüb və aşağıda qeyd etdiyimiz faktları onun diqqətinə çatdırıb:
1- Azərbaycanın prezident seçkilərindən sonra durumu və Həsən Ruhaninin ana dilində təhsil, Azərbaycan türkcəsi mədəniyyət evinin yaradılması, etnik və məzhəb azınlıqları işləri üzrə -hansıki, bu məsələyə olan təhlükəsizlik pronlemi kimi görüşü dəyişə bilsin- müavinin təyin edilməsi və Urmu gölünün yenidən dirçəldilməsi ilə bağlı verdiyi vədlərin icra edilməməsi... .
2- Azərbaycanda məzhəb azınlıqları (əhli-haqq)... .
3- Zəlzələdən zərərçəkən azərbaycanlıların durumu...
4- Azərbaycanda müstəqil dərgi və qəzetlərin nəşrinə dair qadağa... .
5- İranda qeyri-farslara qarşı edilən ayrı-seçkilik və azərbaycanlı məhbusların məsələsi... .


Bu söhbətdən sonra BMT nümayəndəsi söz verib ki, İranda azınlıqların məsələləri ilə bağlı xüsusi konfrans keçirəcək.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed