Şrift:
Baş nazir Ərdoğanın oğlu istintaqa çağrıldı!
28.12.2013 [12:05] - Gündəm, Hadisə
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan bu ölkədə “rüşvət” əməliyyatı iddiası ilə başladılan istintaq çərçivəsində gözaltına alınıb.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, prokuror Muammer Akkaşın çağırışı ilə Bilal Ərdoğan şübhəli şəxs qismində istintaqa çağırılıb.

Prokurorun göndərdiyi çağırış vərəqəsində Bilal Ərdoğanın mənfəət məqsədi ilə qanundankənar təşkilat qurmaq və qurulan təşkilata üzv olmaqda təqsirli bilinərək şübhəli şəxs qismində ifadəsinin alınacağı qeyd olunur.

Baş nazirin oğluna xəbərdarlıq edilir ki, göstərilən tarixdə istintaqa gəlməkdən boyun qaçıracağı təqdirdə, zorla gətirələcək.
Bu xəbər oxucular tərəfindən 513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed