Şrift:
Azərbaycanın bəzi ərazilərində duman, çiskin olacaq, Naxçıvanda gecə 23, gündüz 13 dərəcə şaxta gözlənilir
28.12.2013 [12:41] - Xəbərlər
Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.


Dekabrın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.



Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed