Şrift:
İraq polisi Bağdadın şimalında "Əl-Qaidə" döyüşçülərini mühasirəyə alıb
03.01.2014 [20:06] - Xəbərlər, Hərb
"Əl-Qaidə" döyüşçüləri cümə günü İraqın paytaxtı Bağdadda polis məntəqəsini tutmağa cəhd ediblər.
İTAR-TASS-ın verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, intensiv atışma davam edir.
Polisin məlumatına görə, radikallar iki avtomobillə Bağdadın şimalındakı Ət-Tarmiya rayonunda təhlükəsizlik qüvvələrinin mənzil-qərargahına hücum ediblər.
Onlar binanın mühafizəçilərinə atəş açıblar. Lakin polis döyüşçülərin binaya girməsinin qarşısını alıb. Köməyə gəlmiş DİN bölmələri ekstremistləri mühasirəyə alıb.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed