Şrift:
ABŞ-da çovğun nəticəsində 9 nəfər ölüb
03.01.2014 [20:13] - Gündəm, Hadisə
ABŞ-ın şimalı-şərqində 9 nəfər güclü çovğunun qurbanı olub.

“Gazeta.ru”-nun verdiyi məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib.

ABŞ-ın şimalı-şərqindəki bir sıra ərazilərində qarın qalınlığı 0,5 metrə çatıb.

Hava şəraiti ilə əlaqədar avtomobil yolları, məktəblər və digər idarələr bağlanıb, minlərlə təyyarə reysi təxirə salınıb.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed