Şrift:
Misirdə toqquşmalar baş verib, ölənlər var
04.01.2014 [01:28] - Gündəm, Hadisə
Yanvarın 3-də Misirdə hakimiyyətdən uzaqlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarları, əleyhdarları və polis arasında davam edən toqquşmalarda ən azı 10 nəfər ölüb.

“Frans Press” agentliyinin verdiyi məlumata görə, cümə günü minlərlə insan paytaxt Qahirənin və Misirin digər şəhərlərinin küçələrinə çıxıb.

Polisin nümayişçiləri dağıtmaq cəhdi toqquşmalarla nəticələnib. Təkcə Qahirədəki toqquşmalar zamanı 4 nəfər həlak olub.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed