Şrift:
Zəncan Kütləvi Etiraza hazırlaşır
22.09.2011 [18:23] - Güney Azərbaycan xəbərləri
Zəncan Kütləvi Etiraza hazırlaşır, minlərlə ÇAĞIRIŞ Bildirisi yayılıb

Güney Azərbaycanın Zəncan şəhəri Kütləvi Etiraza hazırlaşır. Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Yürüşün bu gün keçiriləcəyi gözlənilir.
Artıq bu barədə bir neçə gün öncə Bəyanat və son iki gündə Çağırış Bildiriləri yayılıb.
Bildirilərdə Azərbaycanın başqa şəhərlərində keçirilən Kütləvi Etirazlara dəstək verilir və Zəncan əhalisi etirazlara dəvət edilir.
Kütləvi Etiraz yürüşündə bu şüarlar səsləndiriləcək:

-Səddləri sındırın , Urmu Gölün doldurun
-Urmu Gölü can verir , Məclis onun qətlinə fərman verir
-Gəlin gedək ağlayaq , Urmu Gölün dolduraq
-Azərbaycan aldanmaz , Boş vədlərə inanmaz
-Urmu Gölü susuzdur , Azərbaycan oyanmasa uduzdu
Yürüş sentyabrın 22-ı, Təbriz vaxtı ilə saat 18:00-da Səbzə meydanından başlayacaq.
Bu xəbər oxucular tərəfindən 1377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed