Şrift:
Ermənilər Xocavənd və Goranboy cəbhəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
01.12.2011 [10:17] - Gündəm
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 30-da saat 16.00-dan 16.15-dək və 18.40-dan 18.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.10-dək isə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed