Şrift:
Qırğızıstanın prezidenti Almazbek Atambayevin andiçmə mərasimi olub
01.12.2011 [10:18] - Gündəm
Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin bu gün andiçmə mərasimi olub.

A. Atambayev Konstitusiyaya and içdikdən sonra çıxış edərək ölkənin gələcəyi üçün əlindən gələni edəcəyini bildirib.

O, çıxışında ölkənin cənub bölgəsində keçən il baş verən özbək-qırğız qarşıdurmasını qınayaraq, bu cür halların bir daha təkrar olunmasına yol verməyəcəyini bildirib.

Prezident çıxışında bütün qırğız xalqını birləşərək ölkənin inkişafı, əmin-amanlığı və ifahı uğrunda mübarizəyə çağırıb.

Qeyd edək ki, Qırğızıstan prezidentinin andiçmə mərasimində Azərbaycandan bas nazir Artur Rasizadə iştirak edib.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed