Şrift:
Bu gün milli azadlıq hərəkatının tanınmış fəallarından bir olan Cavanşir Rzazadənin doğum günüdür
10.01.2014 [16:03] - Gündəm, MDHP Rəhbərliyi, Bildiriş
Bu gün uzun illərdən bəri azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda yorulmadan mübarizə aparan, Bütöv Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri olan, çox hörmətli Cavanşir Rzazadənin doğum günüdür.
Cavanşir Alunbət oğlu Rzazadə 10 Yanvar 1958-ci il tarixində Ordubad rayonu Nəsirvaz kəndində anadan olub.
Cavanşir bəy 1988-89-ci illərdə sərhəd hərəkatında yaxından iştirak etmiş,Azərbaycan Xalq Cəbhəsi-in Ordubad bölgəsinin ən fəal üzvlərindəın olmuşdur.1992-93-ci illərdə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin müavini vəzifəsində çalışmışdır.1996-2000-ci ilə qədər Əmlak Komitəsində aparıcı mütəxəssis olaraq işləmişdir.2000-2005-ci illərdə Biləcəri Bələdiyyəsində sədr müavini vəzifəsində fəaliyyət göstərmişdir.Bütün bunlarla yanaşı Cavanşir bəy Dünya Azərbaycanlıları Konqresi-in Ağsaqqallar Şurasının Sədr müavini,Milli Dirçəliş Hərəkatı Partiyası-ın Binəqədi təşkilatının sədri və MDHP Sədri Millət Vəkili Fərəc Quliyevin Parlamentdə köməkçisidir.
MDHP Sədri Millət Vəkili Fərəc Quliyev başda olmaqla təşkilatımızın bütün kolektivi adından Cavanşir bəyi doğum günü münasibətilə səmim qəlbdən təbrik edirik.Ona ulu tanrıdan uzun ömür,cansağlıqı və tütüqu müqəddəs yolda uğurlar arzulayırıq.
CAVANŞİR BƏY DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!
Hörmətlə:
Milli Dirçəliş Hərəkatı Partiyası
Bu xəbər oxucular tərəfindən 1292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed