Şrift:
Azərbaycanın müdafiə naziri İrana səfər edəcək
01.12.2011 [16:56] - Hərb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin gələn ilin əvvəllərində İrana səfəri planlaşdırılır.

Bu barədə İRNA agentliyinə açıqlamasında Azərbaycanın İrandakı hərbi attaşesi Mehman Süleymanov bildirib.

Səfər çərçivəsində müxtəlif regional və ikitərəfli məsələlərin müzakirə olunacağını deyən hərbi attaşenin sözlərinə görə, rəsmi Bakı Tehranla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır: “Digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

M. Süleymanov İranın müdafiə naziri, geneal-mayor Əhməd Vahidinin Azərbaycana son səfərini müdafiə sahəsində gələcək ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım adlandırıb.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed