Şrift:
Ağ Ev Rusiya və İran arasında bağlanacaq mübadilə sazişinin əleyhinədir
14.01.2014 [11:57] - Gündəm, Siyasət
ABŞ administrasiyası Rusiya və İran arasında mübadilə sazişinin bağlanması haqqında yayılan məlumatlardan narahatlığını ifadə edib.


İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Keytlin Heyden bəyan edib.



Onun sözlərinə görə, adıçəkilən müqavilə İran və “altılıq” ölkələri arasında olan razılaşmanın şərtləri baxımından narahatlıq doğurur. Bu səbəbdən, Heyden Ag Evin sanksiyalara əl atacağını də istisna etmir.



Xatırladaq ki, Qərb mətbuatında İranla və Rusiya ərzaq əvəzinə neft mübadiləsi ətrafında danışıqlar apardıqları haqqında məlumatlar yayılıb. Moskva Tehrandan gündə 500 min barrel neft alacaq, əvəzində İrana Rusiya malları və ərzaq göndəriləcək. Razılaşmanın məbləğinin ayda 1,5 milyard dollar təşkil etdiyi iddia olunur.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed