Şrift:
İsraildə Justice for Khojaly fotosərgisinin açılışı keçirilib
15.01.2014 [09:29] - Diaspor
Bu fotosərgi erməni işğalçılarının Xocalı soyqırımı cinayətini pisləməyə çağırır
İsrailin şimalında, çoxlu azərbaycanəsilli insanların yaşadığı qədim Akko şəhər bələdiyyəsinin binasında səyyar "Justice for Khojaly" fotosərgisinin açılışı keçirilib. Qeyd edək ki, fotosərgi ötən ilin fevralında Tel-Əviv Universitetində start götürüb.
Fotosərgini açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qeyd etdi ki 1992-ci ilin fevralında Xocalı soyqırımı ilə bağlı sənədli fotoşəkillər, artıq bir ilə yaxındır ki İsrail ictimaiyyətinə və İsrailin siyasi və akademik elitasına, KİVə Azərbaycan xalqının yaşadığı faciə haqqında əyani şəkildə bəhs edir. "Həmin qanlı gecədə ermənilər yüzlərlə dinc sakinləri məhv etmişdilər, onların arasında qocalar, qadınlar, uşaqlar var idi"- dedi Yeganə Salman.
Məhz buna görə də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Aziz" "Justice for Khojaly" kampaniyası çərçivəsində İsrailin müxtəlif şəhərlərində il ərzində səyyar fotosərgini həyata keçirir. Bu fotosərgi erməni işğalçılarının Xocalı soyqırımı cinayətini pisləməyə çağırır.
Fotosərgidə çıxış edən Akko şəhərinin meri Şimon Lankri qeyd etmişdir ki, Xocalı soyqırımına həsr olunmuş bu sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açmışdır. " "Mən Xocalı qətliamına həsr olunan fotosərginin mənim şəhərimdə keçirdiyinə görə “AZİZ” Beynəlxalq Assosiasiyasına və Heydər Əliyev Fonduna minnətdaram. Xocalı qətliamına həsr edilmiş bu fotosərgi məni sadəcə məni sarsıtdı, mən gördüklərindən şoka düşdüm. Bu Azərbaycan xalqına qarşı vəhşilik təzahürüdür. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı misli görünməmiş bu qəddarlıq və barbarlıq heç cür izah oluna bilməz. Azərbaycanlılar və yəhudilər hər zaman qardaş olmuşlar, indi də biz qardaşıq. "- Akko şəhərin bələdiyyə rəhbəri soyləyib.
Lankri ümidlə söylədi ki yaxın vaxtlarda, Ermənistan tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları azad olunacaq və Azərbaycan qaçqınları öz Vətənlərinə dönəcəklər. Akko şəhərinin meri eyni zamanda şəhərdə yaşayan və fəal iş görən Azərbaycan kokənli insanların fəaliyyətindən bəhs etdi. "Biz bu yaxında Azərbaycandan köçmüş dağ yəhudilərin mədəniyyət mərkəzini tikməyə başlamışıq və düşünürəm ki bu mərkəz Azərbaycanı daha yaxından tanımağa bizə imkan yaradacaq"- Lankri söylədi.
Akko şəhərinin dağ yahudilərin icma başçısı, bələdiyyə üzvü Nexamiyya Şirin Mixaeli fotosərgi iştirakçılarına Azərbaycan və ivrit dillərində müraciət edib. "Azərbaycan yəhudiləri hər zaman Ana Vətən olan Azərbaycana böyük məhəbbətlə yanaşıb, çünki Azərbaycanlılar və yəhudilər yüz illər ərzində qardaş kimi yaşayıblar. Bu gün də Azərbaycan Prezidenti İlham Əliyev bu multikulturalizm və tolerantlıq siyasətini davam etdirir və biz Azərbaycan yəhudiləri bununla fəxr edirik" – Mixaeli söylədi.
Sonra çıxış edən “AZİZ”in idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd etmişdir ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. " Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalıya aman verməmişlər. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalmışlar"- Qut demişdir.
A.Qut vurğulamışdır ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəldilmişdir. Məhz buna görə də biz bu sənədli səyyar fotosərgini il ərzində İsrailin müxtəlif şəhərlərində təşkil edəcəyik. Biz hər şey etməliyik ki, İsrailin siyasi elitası Xocalı qətliamı ilə bağlı məlumatlansın, İsrail ictimaiyyəti və siyasi elitası “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciə ilə bağlı dəhşətli faktlar barəsində məlumatlı olsun.
Azİz-in baş direktoru Lev Spivak isə Heydər Əliyev Fonduna, "Justice for Khojaly" kampaniyasına və Akko şəhərinə, eyni zamanda AMİ təşkilatına, “Şolumi” Mədəniyyət Mərkəzinə və digərlərinə təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, Akko şəhərində "Justice for Khojaly" fotosərgisinin uğurla keçirilməsində AMİ ümumisrail gənclər ictimai təşkilatının sədri, Azİz-in idarə heyətinin üzvü, Akkoda absorbsiya bölməsinin rəhbəri Rauf Ağalarovun və “Şolumi” Dağ Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Simon-Tovun da böyük xidməti olub. Həmişə olduğu kimi, bu dəfə də tədbir iştirakçılarını beynəlxalq qənnadı firması olan “Natali” qonaq edib.
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed