Şrift:
Alman Azərbaycan Mədəniyyət Evi 20 Yanvar faciəsinin anım gününü qeyd edəcək
15.01.2014 [09:35] - Gündəm, Diaspor
Bildiyiniz kimi qarşıdan 20 Yanvar faciəsinin ildönümü gəlir. Bugün Bakıda qeyd olunmaqla yanaşı xaricdə yaşayan soydaşlarımız tərəfindən də qeyd olunur , dünyaya dinc mübarizə örnəyi vermiş şəhidlərimiz yad edilir.

Almaniyada fəaliyyət göstərən "Alman Azərbaycan Mədəniyyət Evi" 20 Yanvar faciəsinin ildönümü ilə bağlı 19 yanvar 2014- cü il tarixində Alman Azərbaycan Mədəniyyət Evində “20 yanvar tariximizin qanlı və şanlı səhifəsidir“ mövzusunda anım tədbiri və konfrans keçiriləcəkdir. Tədbirdə Almaniyada yaşayan soydaşlarımız, diaspora nümayəndələrimiz, Türkiyəli dərnək və mətbuat nümayəndələri iştirak edəcəkdir.
Tədbirdə 20 yanvar gününə həsr edilmiş dinləmələr keçiriləcək, o gün baş vermiş hadisələri əks etdirən film nümayiş etdirləcək və şəhidlərimiz üçün ehsan veriləcək. Tədbirin sonunda şəhidlərimiz üçün dualar oxunacaq.
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed