Şrift:
Pianoçu-rəssam Nadir Əliyev Fransada dünyasını dəyişib
16.01.2014 [10:46] - Gündəm, Mədəniyyət
Uzun illər İsveçrədə, sonralar Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nadir Əliyev uzun sürən ağır xəstəlikdən sonra yanvarın 8-də dünyasını dəyişib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə mərhumun qohumu Sergey Bespalı məlumat verib.



Nadir Əliyev Fransanın Annemas şəhərindəki qəbiristanlıqlarının birində dəfn olunub. Vida mərasimində Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı, Annemas şəhər meriyasının üzvləri, mərhumun doğmaları və yaxınları iştirak ediblər.



Qeyd edək ki, faciəvi hadisə nəticəsində iki il komada olan həmyerlimiz ikinci həyatına musiqiçi deyil, rəssam kimi qayıdıb. Bunun nəticəsi olaraq o, bir-birindən rəngarəng sənət əsərləri yaradıb. Son illər Nadir Əliyevin Avropada daha çox rəssam kimi tanınması da bu səbəbdəndir. Rəssamın Parisdə, Cenevrədə, Kurşaveldə, San-Tropedə, Brüsseldə, Valettdə təşkil olunan fərdi sərgiləri nəinki sənətsevərlərin, hətta məşhur sənətşünasların, kolleksiyaçıların diqqətini cəlb edib. Təsadüfi deyil ki, rəssamın əsərlərinin böyük qismi İsveçrə Bankı, həmçinin Maltanın Milli Bədii Muzeyi tərəfindən alınıb.

Pianoçu-rəssam Nadir Əliyev Fransada dünyasını dəyişib
Pianoçu-rəssam Nadir Əliyev Fransada dünyasını dəyişib




ALLAH RƏHMƏT ELƏSİN!
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed