Şrift:
4 futbolçu atəşə tutuldu: 1 ölü, 1 yaralı
17.01.2014 [11:29] - Hadisə, İdman
Bu informasiyanı İtaliyanın “Gazzetta dello Sport” qəzeti yayıb
İdman Kolimbiyada naməlum şəxs 4 futbolçunun olduğu bərbərxanaya daxil olaraq onlara atəş açıb.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu informasiyanı İtaliyanın “Gazzetta dello Sport” qəzeti yayıb. Atəş nəticəsində “Union Maqdalena” futbol klubunun 22 yaşlı oyunçusu Ferley Reyes Rivas ölüb, onun komanda yoldaşı Luis Dias Aprilya isə yaralanıb. Digər iki futbolçuya xətər yetirilməyib.

Hazırda insidentin başvermə səbəbləri araşdırılır. Əsas versiyaya görə, ölən futbolçu mafiya ilə əlaqəli imiş.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed