Şrift:
Mahaçqaladakı partlayış nəticəsində xəsarət alanların sayı 16-ya çatıb
18.01.2014 [10:56] - Gündəm, Hadisə
Dağıstanın paytaxtı Mahaçqalada baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 16-ya çatıb.


“Gazeta.ru”ın verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, yanvarın 17-i saat 19:40-da naməlum şəxs Boqatıryov küçəsində yerləşən “Zolotaya İmperiya” restoranını tank əleyhinə qumbaraatandan atəşə tutub.



Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdə, restoranın yaxınlığında, “Lada Priora” markalı avtomobildə məsafədən idarə olunan əldəqayırma partlayıcı qurğu işə salınıb.



Partlayışlar nəticəsində, polis əməkdaşları daxil olmaqla, 16 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed