Şrift:
İrandan narkotik gətirən iki Azərbaycan vətəndaşı saxlanılıb
18.01.2014 [12:52] - Hadisə
İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsi ilə bağlı iki cəhdin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verilib.



Hər iki fakt Naxçıvan Muxtar Respublikası ərazisində baş verib. İrandan gələn Babək rayon sakini Mayis Fərzəliyevin üzərində aparılmış şəxsi yoxlama zamanı onun corablarında gizlətdiyi xalis çəkisi 131 qram olan marixuana və xalis çəkisi 20 qram olan həşiş, ümumilikdə 151 qram narkotik vasitə aşkarlanaraq götürülüb.



Digər bir cinayət əməlini isə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, Xudat şəhər sakini Xəyal Cavadov törədib. Culfa gömrük məntəqəsində İrandan Azərbaycana keçmək istəyərkən saxlanılan X.Cavadovun corablarında gizlətdiyi xalis çəkisi 191,6 qram tiryək aşkarlanaraq götürülüb. O, ifadəsində İrandan əldə etdiyi narkotik vasitəsini Naxçıvan ərazisinə keçirib buradan hava yolu ilə Bakıya aparmaq niyyətində olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed