Şrift:
Son 20 ildə Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı açıqlanıb
18.01.2014 [14:17] - Gündəm, Mədəniyyət
Müəllif Hüquqları Agentliyi (MHA) son 18 il ərzində Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayını açıqlayıb.


MHA-nın mətbuat xidmətindən verilən xəbərə görə, 1996-2013-cü illərdə ölkədə 9 133 əsər qeydiyyatdan keçirilib. Bunun 2 910-u (31,86%) musiqi əsərləri, 2 274-ü (24,89%) ədəbi əsərlər, 1 611-i (17,63 %) elmi və tədris əsərləri, 770-i (8,43%) dizayn və dekorativ tətbiqi sənət əsərləri, 333-ü (3,64%) toplular, 61-i (0,66%) multimedia əsərləri, 39-u (0,42%) fonoqramlar və yayım təşkilatlarının verilişləri, 11-i (0,12%) isə məlumat bazalarıdır.



Ötən il ərzində isə Azərbaycanda 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və qeydiyyat haqqında 365 şəhadətnamə verilib.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed