21.01.2014 [09:15] - Gündəm, Gənclik, Siyasi partiyalar
Orxan Altaylı
Milli Dirçəliş Hərəkatı Partiyası
Gənclər Təşkilatı
Qərbi Avropa ölkələrində insan və mülkiyyət hüququna hörmətlə yanaşılması prinsiplərinin əsas götürülməsi bu ölkələrin inkişafının əsas səbəbi hesab olunur. Ölkəmizin də inkişafı naminə bu düşüncənin və bu mədəniyyətin formalaşması əsas şərtdir. Vətən-millət naminə yola çıxdıqlarını bəyan edənlərin bu iki əsas prinsipi hər fürsətdə pozmaları ilə hər hansı bir inkişafdan danışmaq olmaz hələ ki, məncə.
Təkçə Vətən, millət naminə deyil, insanlıq naminə də bu şərtlər önəmlidir. Bütün dinlərin fəlsəfəsinin əsas xətti insan və mülkiyyət haqlarının qorunması üzərindədir.
Mülkiyyət hüququ deyəndə, bura maddi mülkiyyətlə yanaşı əqli mülkiyyət də daxildir. Müasir zamanda qorunmasına ən çox ehtiyac olan da, məhz əqli mülkiyyətdir. Çünki, həm müasir dünyamızda əqli mülkiyyət daha böyük sərvət hesab olunur, həm də bir ideya onun müəlliflərinin sayəsində cəmiyyətə daha çox xeyir verə bilər. Bu səbəblərdən də, Azərbaycan Respublikasının Konstitusiyasında əqli mülkiyyətlə bağlı bölmə var.
Bundan əlavə pilagiatlıq və bir ideyanın oğurlanması kimi hallar da qəbul olunan bir hərəkət deyil. Ama çox təssüf ki, ideya oğurluğu və plagiatlıq barədə tez-tez eşidirəm. Bu günlərdə isə özüm şahidi oldum belə bir oğurluğun. Üzvü olduğum Milli Dirçəliş Hərəkatı Partiyasının Məramnamasənin başqa təşkilatların adından yayıldığını gördüm. Hətta, bizim Partiyanın məramnaməsindən tezisləri götürüb, sosial şəbəkələrdə öz prinsipləri kimi təqdim etməkdən belə utanmırlar. Bu plagiatlığı edənlərin və o təşkilatların adını ilk dəfə eşitsəm də, öyrəndim ki, onların bəziləri bizim Partiyanın üzvləri olublar. Bu xəbər isə məni çox təəssüfləndirdi. Mənim yaşım az olsa da, anladım ki, onlara verəcək bir məsləhətim var: bəylər, mən bu məqalənin əvvəlində qeyd etdiyim konstitusiyon hüquqlar və dini haqqları öyrənməmişdən çox-çox əvvəllərdən- uşaqlıqdan valideyinlərimin verdiyi tərbiyədən bilirəm ki, oğurluq pis işdi, çox pis iş! Bütün bunlardan əvvəl tərbiyəmdən öyrənmişdim ki, kiminsə cibindən nəsə oğurlamaqla – şagird yoldaşından misalın cavabını oğurlamaq arasında heç bir fərq yoxdu... Sonra da oxuyub öyrəndim ki, həqiqətən də başqasının əlinin haqqını oğurlamaqla, beyninin haqqını oğurlamaq arasında fərq yoxdu. Üstəgəl də bunu sənə kimsə etdirə...

Bu xəbər oxucular tərəfindən 1592 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |