Şrift:
Təhsildən kənarlaşdırılan kursantların hərbi xidmət müddəti yeni formada hesablanacaq
02.12.2011 [12:04] - Hərb
Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsində təhsildən kənarlaşdırılan kursantların hərbi xidmət müddətinin hesablanması ilə əlaqədar yeniliklər öz əksini tapıb.

Məlumatına görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsində qeyd olunur ki, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlığına görə xaric olunan kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların xüsusi təyinatlı təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər dörd günü bir gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən ehtiyata buraxılırlar.

Hazırda mövcud qanunvericiliklə bu kursantlar təhsilini yarımçıq dayandırıb həqiqi hərbi xidmətə gedərkən onların xidmət müddəti sıfırdan hesablanır.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə olunaraq parlamentin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qanun layihəsi mövcud "Hərbi xidmət keçmənin əsasları" və "Hərbi vəzifə haqqında" qanunların birləşməsini özündə ehtiva edir.
Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed