Şrift:
Güneylilər Türkiyədəki imkanlardan faydalanmalıdırlar (Müsahibə)
21.01.2014 [12:51] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Ankara Universitetində təhsil alan güneyli fəal və araşdırmaçı Babək Şahid “Amerikanın Səsi”nə müsahibədə Türkiyədə yaşayan Azərbaycan türkləri, xüsusilə güneyli tələbələr üçün mövcüd olan fəaliyyət imkanları və şəraitdən bəhs edib. Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları (QHT) bölgənin digər ölkələri ilə müqayisədə daha azad və effektiv şəkildə hərəkət edə bilirlər.
Əslən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən olan fəalın fikrincə güneyli faəllar bu təşkilatlarda aktiv rol olaraq, Güney Azərbaycan türklərini gündəmə gətirmək istiqamətində onların imkanlarından yararlana bilərlər. Fəal hesab edir ki, güneylilər Türkiyədə fəaliyyət göstərən və muxtəlif düşüncələrə bağlı olan qruplarla əməkdaşlıq və onların imkanlarından faydalanmağa çalışılmalıdırlar.
Cənab Şahid həmin QHT-lərin biri ilə əməkdaşlıq edərək onların keçirdiyi seminarlarda güneylə bağlı proqram hazırladığını bəyan edib. O, həmçinin Güney Azərbaycanın çağdaş tarixi ilə əlaqəli apardığı araşdırmalar haqqında danışıb.
Urmiyə Universitetinin tarix bölümü məzunu olan Babək Şahid hazırda Ankara Universitetində eyni sahədə təhsilini davam edir. Onun dediklərinə görə, “Türkiyə İranla sərhəd qonşusu olduğu üçün, bu ölkənin tarixi arxivlərində güneyli araşdırmaçıların diqqətini çəkən bir çox sənəd mövcüddür.”
Araşdırmaçının fikrincə, “Türkiyədəki qaynaqlar Güney Azərbaycanın müasir tarixində bir çox həqiqətləri ortaya çıxara bilər, çünki güneydə müasir tarix pan-farsist düşüncələr tərəfindən təhrif edilmişdir.”

Audionu qaynağımız olan aşağıdakı LİNKdən izləyə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/article/1832244.html
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed