Şrift:
Türkiyə Jandarma Baş Komandanlığının nümayəndə heyəti Azərbaycanda səfərdədir
21.01.2014 [13:27] - Gündəm, Hərb
Türkiyə Jandarma Baş Komandanlığının nümayəndə heyəti Bakıya gəlib.


Tanışlıq məqsədi daşıyan səfərdə Türkiyə nümayəndə heyətinə polkovnik Bəkir Üzel başçılıq edir.



Jandarma Baş Komandanlığının müxtəlif idarələrinin zabitlərinin təmsil olunduğu nümayəndə heyətinin səfəri yanvarın 24-də başa çatacaq.



Türkiyə heyəti bu gün Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovla görüşüb. Səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunların hərbi məktəbində də olacaq.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed