Şrift:
Dağlıq Qarabağ və digər həll olunmamış münaqişələrlə bağlı xüsusi dinləmələr keçirəcək
02.12.2011 [12:22] - Gündəm
Gələn həftə ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ və digər həll olunmamış münaqişələrlə bağlı xüsusi dinləmələr keçirəcək.

“Qafqazda münaqişələr: həll perspektivləri” mövzusunda dinləmələr dekabrın 7-də keçiriləcək. Dinləmələrdə tanınmış ABŞ analitikləri, rəsmilər, senatorlar, həmçinin Karnegi Beynəlxalq Sülh Fondunun nümayəndəsi Tomas de Vaal, Brukinqz İnstitutunun baş elmi işçisi Fiona Hill və Amerika Xarici Siyasət Şurasının əməkdaşı Ueyn Merri (Wayne Merry) iştirak edəcəklər.

Tədbirdə münaqişələrin hazırkı vəziyyəti, onların həllinə hansı faktorların mane olduğu, hərbi əməliyyatların bərpasının ciddi təhdid olub-olmadığı, danışıqlar formatının dəyişməsinin daha yaxşı nəticələrə səbəb olub-olmayacağı, ABŞ-ın münaqişələrin həllinə kömək etmək üçün nə edə biləcəyi araşdırılacaq.

“Sovet İttifaqının dağılmasından 20 il sonra Qafqazda həll olunmamış münaqişələr ən əsas problemlərdən biri olaraq qalır. ATƏT-in Dağlıq Qarabağla bağlı uzunmüddətli vasitəçiliyinə baxmayaraq, nəticələr məyusedicidir”, - deyə təşkilatçılar bildirirlər.

Helsinki Komissiyasında hesab edirlər ki, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən və Moskva Abxaziya və Cənubi Ossetiyanın müstəqilliyini tanıyandan sonra bu münaqişələrin həlli perspektivləri həmişəkindən daha da uzaq görünür.
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed