Şrift:
Məhəmməd Əmin Rəsulzadənin əsəri yenidən çap olunub
25.01.2014 [15:47] - Gündəm, Mədəniyyət
Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə onun “Çağımızın Siyavuşu” əsəri yenidən çap olunub.

kitabı fəlsəfə elmləri doktoru Yadigar Türkel yenidən işləyib çap etdirib.

“Çağımızın Siyavuşu” 2014-cü ilin yanvarında Bakının “Təknur” nəşriyyatında çıxıb.

“2014-cü il çapına ön söz”də Yadigar Türkel xatırladıb ki, “Çağımızın Siyavuşu”nu Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra indiki İsmayıllı rayonunun Lahıc kəndində yaşayarkən yazıb. Bu əsər indiyəcən “Əsrimizin Siyavuşu” adı ilə çap olunub. Yadigar Türkel əsəri yenidən işlədiyi vaxt qabaqkı nəşrlərlə tutuşdurub.

Yadigar Türkel bu işi bir sıra aydınların, daha çox publisist Xaliq Bahadırın köməyi ilə gördüyünü vurğulayır.

Yadigar Türkel buna qədər Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami”, “Milli birlik”, “Qafqaz türkləri”, “Pantürkizm. Qafqaz sorunu”, “İran türkləri”, “Əlimərdan bəy Topçubaşovun “Azərbaycan Cümhuriyyətinin yaradılması” kitablarını da yenidən işləyib çap etdirib.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed