Şrift:
BMT: Suriyada ölənlərin sayı 4 min nəfəri ötüb
02.12.2011 [12:39] - Gündəm
Bu ilin mart ayından Suriyada baş verən toqquşmalarda 4 mindən artıq adam həlak olub. Bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar həlak olanların sayının bu göstəricini əhəmiyyətli dərəcədə üstələdiyini göstərir.

Qeyd edək ki, bu ilin mart ayında Suriyanın Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb və hökumətə qarşı ümummilli hərəkata çevrilib. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir. Xalq etirazları fonunda ABŞ, Türkiyə, Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edib.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed