Şrift:
Azərbaycan diasporu ABŞ-da necə təşkilatlanır?
27.01.2014 [12:07] - Diaspor
Amerikadakı həmvətənlərimizin dəqiq statistikasını aparmaq, sayı və məşğuliyyətini müəyyən etmək mümkün deyil
Azərbaycan Azərbaycan diasporunun sürətlə təşkilanmaqda olduğu ölkələrdən biri ABŞ-dır. Amerikadakı diasporun inkişaf dinamikası sevindirsə də, həmvətənlərimizin dəqiq statistikasını aparmaq, sayı məşğuliyyətini müəyyən etmək mümkün deyil. Bunun səbəblərini ANS-in Vaşinqton bürosundan Sevinc Osmanqızı araşdırıb.

ABŞ-da yaşayana azərbaycanlıların hesablamaq çətindir. Azərbaycan diasporunun üzvləri arasında qonşu ölkələr – İran, Türkiyə, Rusiya vətəndaşları çoxdur. Lakin Azərbaycan Respublikasından gəlmələr də ölkənin konsulluq uçotunda qeydiyyata alınmağa tələsmirlər. Bunu səfirliyin konsulu da etiraf edir. Keçən il Rusiyaya casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Sevinc Tağıyevanın həbsi zamana Azərbaycan səfirliyinin ləng reaksiyası qeydiyyata dayanmaq həvəsinə daha bir zərbə vurmuş oldu.

"Azərbaycanlılar Amerikanın bir çox şəhərlərində-Vaşinqton, Nyu York, Mayami, Filadelfiya, Hyuston şəhərlərində azəbaycanlıların diasporları mövcuddur. Burda yaşayan azərbaycanlılar yalnız hansısa hüquqi və ya konsulluq əməliyyatına ehtiyac olduqda səfirliyə müraciət edirlər. Bu səbəbdən də müraciət eləməyən şəsxlərin qeydiyyatını aparmaq çox çətindir", - deyə Azərbaycanın Vaşinqtondakı konsulu Emil Səfərov bildirib.

Lakin əhəmiyyətli olan kəmiyyət deyil, keyfiyyətdir. ABŞ-da azərbaycanlıların təşkilatlanması digər oturuşmuş diasporlar – yəhudi, türk və erməni icması ilə müqayisəyə gəlməsə də, Azərbaycan icmasının inkişaf dinamikası sevindiricidir.

"Amerikada fəaliyyət göstərən digər etnik icmaların diaspora tarixinə baxdıqda mənə elə gəlir ki, Azərbaycan icması bu son 10 ildə başqa icmaların 30-40 ilə keçdiyi bir yolu qət edib. Və ona görə də bir formalaşmış səsə çevrilir", - deyə ABŞ-ın Azərbaycan icmasının üzvü Şəfəq Mehrəliyeva deyib.

2 diaspor təşkilatı - ABŞ azərbaycanlılarının şəbəkəsi və Azərbaycan-Amerika Şurası digərlərinə nisbətən yeni olsa da, soydaşlarımızın təşkilatlanmasına təzə nəfəs gətirmiş oldu. Qarabağ mövsuzu yeni təşkilatların gündəliyində də əsas prioritetlərdən biri kimi təsbit olunub.

"Azərbaycan icması həqiqətən çox genişlənib. Arzu edirəm ki, bizim cəmiyyətlər, icma da daha güclənsin, daha da Amerika-Azərbaycan münasibətlərinin güclənməsinə öz səylərini səfərbər etsin. Burda bizim Amerikada 2014-də, 2015-də müxtəlif qruplarla iğtişaşlar gözlənilir müəyyən məsələlərlə bağlı", - deyə ABŞ Azərbaycanlıları şəbəkəsinin həmdirektoru Ceyhun Mollazadə deyib.

Bəs lobbiçilik fəaliyətinin qarşı tərəfin, ermənilərin anti-təbliğatı ilə müşayiət olunması səmərə verirmi? Müşahidəçilər razılaşırlar ki, müharibənin od-alovundansa, Azərbaycanın mədəniyyətinin, görməli yerlərinin təbliğatı ölkəyə daha çox dost qazandırmış olardı. Lakin diaspor təşkilatları bunu zamanın diktə etdiyi reallıq hesab edirlər.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed