Şrift:
Məhəbbət Kazımov vəfat etdi
27.01.2014 [13:25] - Gündəm, Mədəniyyət
61 yaşlı Azərbaycanın əməkdar artisti bu gün səhər saatlarında Bakıda epilepsiya tutması nəticəsində dünyasını dəyişib

Şou-biznes Azərbaycanın əməkdar artisti Məhəbbət Kazımov vəfat edib.Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından xəbər verilib. Məlumata görə, saat 11:03-də çağırış verilib. Həkimlər çatanda müğənni artıq vəfat edibmiş. Müğənnin epilepsiyadan (sudurğa) vəfat etdiyi qeyd edilib.

Xatırladaq ki, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və.s ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
Bu xəbər oxucular tərəfindən 1185 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed