Şrift:
Kərkükdə 4 partlayış baş verib
03.12.2011 [11:54] - Gündəm
İraqın Kərkük şəhərində bir-birinin ardınca dörd bombanın partlaması nəticəsində 15 nəfər yaralanıb.

Kərkük polis rəisi Camal Tahir Anadolu Agentliyinə yerli vaxtla 20.30-da yol kənarına yerləşdirilən ilk bombanın partladığını, polislərin hadisə yerinə gəlməsindən sonra məsafədən idarəetməylə daha 3 bombanın partladıldığını bildirib. Nəticədə 15 nəfər polis və mülki şəxs yaralanıb.

Polis rəisi bəzi yaralıların vəziyyətinin ağır olduğunu əlavə edib.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed