Şrift:
Qusarda Xudat Sərhəd Dəstəsinin “Ləzə” və “Kirik” zastavalarının açılışı olub
03.12.2011 [17:59] - Hərb
Qusarda Xudat Sərhəd Dəstəsinin “Ləzə” və “Kirik” zastavalarının açılışı olub.Yeni zastavalar ölkəmizin şimal sərhədlərinin mühavizəsinin daha da möhkəmləndirilməsinə xidmət göstərəcək.
Ölkəmizin şimal sərhədi Şahdağın zirvəsində belə sayıqlıqla qorunur. Sərhəd mühafizəsinin daha da möhkəmləndirilməsi məqsədilə dəniz səviyyəsindən 3000 m yüksəklikdə Ləzə sərhəd zastavası sərhədçilərin ixtiyarına verilib.
Azərbaycan-Rusiya sərhədində yeni yaradılan Ləzə Sərhəd Zastavası ucqar dağlıq ərazilərdə ölkəmizin hüdudlarına nəzarətin artırılmasına xidmət edir. Müasir üslubda inşa edilən zastava binası şəxsi heyətin mükəmməl xidmət göstərməsi üçün bütün zəruri avadanlıqlarla təchiz edilib. Zastavanın açılışında iştirak edən DSX-nin rəisi Elçin Quliyev xidməti otaqlara, əsgər yataqxanasına baxış keçirib, zabit ailələri üçün yaradılan 2 və 3 otaqlı mənzillərdəki şəraitlə tanış olub.
Daha sonra qarlı ərazidə hərəkət edən xüsusi texnikalar sınaqdan keçirilib. DSX-nin rəisi Elçin Quliyev sərhədlərin mühafizəsi zamanı peşəkar heyətin xidmətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıb.


Qusarın Kirik kəndi yaxınlığında da yeni zastava binası və zabit ailələri üçün 2 və 3 otaqlı yeni mənzillər istifadəyə verilib. Kirik sərhəd zastavasının xidmətdə fərqlənən bir qrup zabiti isə qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bu xəbər oxucular tərəfindən 4679 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed