Şrift:
Respublika Seysmoloji Xidmət Mərkəzi: Azərbaycan ərzisində 5 bala qədər hiss olunan zəlzələ qeydə alınıb
10.02.2014 [17:27] - Xəbərlər, Hadisə
Bakıda saat 16:07-də hiss ediləcək dərəcədə zəlzələ olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, zəlzələ Sumqayıt şəhərində də hiss olunub. Zəlzələ, həmçinin Azərbaycanın şimal bölgəsində - Quba, Qusar, Xaçmaz, cənub bölgəsində - Lənkəran, Astara, Masallı və digər rayonlarda hiss olunub.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumat verir ki, yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed