Şrift:
Hərbi attaşe: “Azərbaycan müdafiə nazirinin İrana səfəri ilə bağlı informasiyalar həqiqəti əks etdirmir”
04.12.2011 [18:12] - Hərb
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasına səfər edəcəyi barədə məlumatlar yayılıb.
Azərbaycan Respublikasının İrandakı hərbi attaşesi Mehman Süleymanov bu informasiyaların İran kütləvi informasiya vasitələrində çap olunmuş məlumat əsasında yayıldığını bildirib: “Lakin məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək”, - deyə hərbi attaşe vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed