Şrift:
Quzey Azərbaycandakı zəlzələ Güney Azərbaycanda və Dərbəntdə də hiss olunub
10.02.2014 [18:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Dərbənd
Quzey Azərbaycanda baş verən zəlzələ Güney Azərbaycanın Gilan əyalətinin müxtəlif ərazilərində, o cümlədən Astara (Güney Azərbaycan) şəhərində də hiss olunub. Bu barədə IRİNN xəbər kanalı məlumat verir.
Məlumata əsasən, Gilan əyalətində zəlzələ Rixter cədvəli üzrə 5,5 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alımayıb.

***
Azərbaycanda baş verən zəlzələ Dağıstanın paytaxtı Mahaçqala şəhərində də hiss olunub. Bu barədə RİA "Dağıstan" Rusiya FHN-in Dağıstan üzrə Baş İdarəsi xəbər verir.
Mütəxəssislər zəlzələnin maqnitudasını Rixter cədvəli üzrə 3-4 bal gücündə qiymətləndirirlər.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alımayıb.

***
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.
Bu xəbər oxucular tərəfindən 1451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed