Şrift:
Ötən ay Dövlət Sərhədi Xidməti axtarışda olan 187 nəfəri aşkar edib
13.02.2014 [10:46] - Gündəm, Hadisə, Hərb
Ötən ay Dövlət Sərhədi Xidməti (DSX) axtarışda olan 187 nəfəri aşkar edib.


DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, xidmət tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.



Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb, onların 14 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.



Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarını tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyətı orqanlara təhvil verilib.



Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed