Şrift:
Traktorsazi-nin qələbəsi soydaşlarımızın böyük sevincinə səbəb olub, Təbriz və Urmiyada Azərbaycanın bayrağı dalğalandırılıb (Video)
17.02.2014 [09:43] - Güney Azərbaycan xəbərləri, davam TV
Təbrizin Traktorsazi futbol komandasının qələbəsi soydaşlarımızın böyük sevincinə səbəb olub, Təbriz və Urmiyada Azərbaycanın bayrağı dalğalandırılıb
Ötən gün Təbriz və Urmiya şəhərləri başda olmaqla, İranda yaşayan azərbaycanlılar küçə və meydanlara axışaraq, “Traktorsazi” komandasının uğurunu qeyd ediblər.
Təbrizdən davam.az saytına verilən məlumata görə, İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” komandasının bir ilkə imza ataraq, tarixində ilk dəfə İran Kubokunu (Cam-e Hezfi İran) qazanması soydaşlarımızın böyük sevincinə səbəb olub.





Minlərlə insan Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını dalğalandıraraq, milli musiqi sədaları altında rəqs edib, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Ya, ya, ya, şa, şa, şa, Azərbaycan çox yaşa!”, “Azərbaycan bizimdir, Əfqanıstan sizindir!”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara?”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Haray, haray, mən türkəm!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!”, “Gəlin gedək ağlayaq, Urmiya gölünü dolduraq!”, “Durnalar küsməyin, gölümüz bir daha dolacaq!” və digər şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun fevralın 14-də keçirilən finalında Kirman şəhərinin “Mis” komandasını 1:0 hesabı ilə məğlub edib.



“Traktorsazi” İran Kubokunun sahibi olmaqla gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ da qazanıb.

Vido görüntüləri aşağıda izləyin!





Bu xəbər oxucular tərəfindən 1340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed