Şrift:
Ukraynada matəm elan edildi
19.02.2014 [14:38] - Gündəm, Hadisə
Sabah bütün ölkə ərazisində dövlət bayraqları yarıya kimi endiriləcək
Ukraynada baş verən toqquşmalarda ölənlərin xatirəsinə matəm elan edilib. Bu barədə ölkə prezidenti Viktor Yanukoviç əmr imzalayıb. Həftənin cümə axşamı- fevralın 20-i bütün ölkədə matəm elan edilib.

"Matəm günü ölkə ərazisində bütün dövlət idarələrində,təşkilatlarda və evlərdə bayraqlar yarıya kimi ediriləcək. Bütün əyləncəli konsert proqramları, idman yarışları ləğv edilib".

Bundan əlavə teleradio proqramlarında da müvafiq dəyişiklər ediləcək.

Qeyd edək ki, Ukraynada son bir necə gündə vəziyyət yenidən gərginləşib. Kiyevdə baş verən toqquşmalarda 27 nəfər ölüb. Onlarla insan yaralanıb. Ölənlər arasında jurnalistdə var.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed