Şrift:
Kiyevdə iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb
20.02.2014 [21:53] - Xəbərlər, Hadisə
Ukraynanın paytaxtı Kiyevdə baç verən iğtişaşlar zamanı ölənlərin sayı 64-ə çatıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“Kiyev Administrasiyası Səhiyyə Departamentinin operativ məlumatına əsasən, kütləvi aksiyaların başladığı gün - fevralın 18-dən bu vaxtadək 64 nəfər həlak olub”, deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Kiyev Administrasiyası Səhiyyə Departamentinin saytında isə bildirilir ki, saat 15.00-a (17.00) olan məlumata əsasən, məhkəmə-tibbi ekspertiza bürosuna 67 cəsəd gətirilib”.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed