Şrift:
Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib
05.12.2011 [18:20] - Köşə yazarları
Quruma əlavə səlahiyyətlər verilib, İslam təmayüllü dini icmalar idarəyə tabe edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nizamnaməsinə dəyişiklik edilib. Dəyişiklik “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə bağlıdır. QMİ-nin Nizamnaməsi “Dini etiqad azadlığı haqqında” qanuna uyğunlaşdırılıb.

“Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə QMİ-yə əlavə səlahiyyətlər verilib, ölkədə fəaliyyət göstərən İslam təmayüllü dini icmalar QMİ-yə tabe edilib.

Həmçinin, qanuna edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmanda QMİ-yə dövlət büdcəsindən maliyyə yardımının göstəriləcəyi bildirilir. Bundan başqa, QMİ-yə müvafiq ölkələrdə nümayəndəliklərini yaradılması təklif edilib.

QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, artıq Nizamnamə müvafiq dövlət qurumlarına, həmçinin İslam təmayüllü dini icmalara təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed