Şrift:
Gənclər ideyalarını özündə əks etdirən və birbaşa problemin həllinə yönələn videoçarxlar hazırladılar
23.02.2014 [15:19] - Gündəm, Gənclik
"Daha fərqli, daha maraqlı və təsiredici ssenariyə malik videoçarxların hazırlanmasına ehtiyac var"

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində “Bax! Düşün! Öyrən!” adlı layihə başa çatıb. Cəmiyyətin maariflənməsinə xidmət edən video çarxların hazırlanması və yayımlanması, tərbiyəvi ideyaların təbliğ edilməsi məqsədi ilə həyata keçirilən layihə geniş kütləni əhatə edərək, 2 video çarxın hazırlanması ilə yekunlaşdı. Hazırlanan videoçarxlar ətraf mühitin mühafizəsi və ictimai davranış qaydalarına həsr olunub. Gənclərin iştirakı ilə çəkilən çarxlar böyük maraqla qarşılanıb. Layihə müəllifi İlahə Cəfərovanın verdiyi məlumata görə məqsədləri qismən də olsa cəmiyyətə təsir etmək olub.
"Cəmiyyətə təsir etmək, ideoloji tərbiyə etmək üçün müxtəlif vasitələr mövcuddur. Günümüzdə mövcud olan bütün kinolar, əsərlər, yazılar, video görüntülər , bütün informasiya daşıyan vasitələr özlərində hansısa ideyalogiyanı daşıyır və təbliğ edir. Qeyd olunan vasitələrlə insanlara müxtəlif məqsədlərlə, müxtəlif ideyalar təbliğ olunur və danılmazdır ki, məqsədə nail olunur. Sosial çarxlarda təbliğ və təsir etmək üçün ideal vasitələrdir. Müxtəli ölkələrin telekanallarında çox maraqlı həmçinin olduqca təsiredici video çarxları izləyirik. Danılmazdır ki, çox bəyənirik və təsirinə düşürük. Ölkəmizdə də video çarxlar hazırlanır amma daha fərqli, daha maraqlı və təsiredici ssenariyə malik video çarxların hazırlanmasına ehtiyyac vardır. Həmçinin videoçarxlar gənclərin ideyalarını özündə əks etdirməli və birbaşa hər hansısa problemin həllinə yönəlməlidir. Odur ki, bu vasitədən cəmiyyətimizdə də istifadə olunmalıdır"-deyə, İlahə Cəfərova vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed